Bu gün Türkiyənin tanınmış müğənnisi Gülşənin toyudur. Lent.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, tanınmış sənətçi Ozan Çolakoğlu ilə İspaniyada nikah masasına əyləşəcək. Onlar Türkiyənin Barselonadakı konsulluğunda nikahlarını rəsmiləşdirəcəklər. Gecədə yalnız hər iki tərəfin yaxınları iştirak edəcək.
Qeyd edək ki, cütlüyün nişanı 3 ay öncə olub. Gülşən bir müddət öncə açıqlamasında bildirmişdi ki, toy avqustda olacaq. Amma daha sonra müəyyən səbəblərdən toyun vaxtını təzləşdirməli olub.