Xalq artisti Səməd Səmədov bir zamanlar müğənnilik edən oğlu Anardan danışıb. Lent.az-ın məlumatına görə, “Günə baxan” verilişində bildirib ki, oğlunu müğənnilikdən özü uzaqlaşdırıb:
“Anar oğluna mənim adımı verib. Bir müddət müğənnilik etdi, daha sonra sənətdən uzaqlaşdı. Yaxşı oxumaqla, güclü savadlı oxumağın fərqi var. Hamı yaxşı oxuya bilər, savadlı oxumaq ayrı şeydir. Qarşısına Elton Hüseynəliyev, Elnur Məmmədov, Ayaz Qasımov, Samir Piriyevin diskini qoydum. Dedim ki, oğlum, mən neçə ildir “toylar kralı”yam. Bu müğənnilər nəinki sənin kimi zəifləri, məni də bu sənətdə məhv edə bilər. Hər sənətkar bu sözü deməz. O müğənnilər meydana gəldilər, hamını məhv etdilər, indi at oynadırlar. Anar yaxşı ki, o vaxt onu müğənnilikdən uzaqlaşdırdığımı deyir”.