Müğənni Rəqsanə İsmayılova mətbuat nümayəndələrinə müraciət edib. Sənətçi Lent.az-a göndərdiyi məktubda normal həyatına davam etdiyini bildirib: “Barəmdə yazılan növbəti xəbərdə axtarışa veriləcəyim yenidən gündəmə gətirilib. Bunun hansı fakta söykəndiyini bilmirəm. Amma mətbuat işçilərindən ricam budur ki, barəmdə bu və ya digər xəbəri dəlili olmadan yazmasınlar. Hər gün insanlarla görüşürəm, efirə qoşuluram, mətbuat nümayəndələri, sosial şəbəkədəki insanlarla ünsiyyətdəyəm. Yəni normal həyatıma davam edirəm. Azayev qardaşları ilə olan mənim problemimlə bağlı istintaq davam edir. Hər iki tərəfin gedişat barədə danışmağa ixtiyarı yoxdur. Mayda Bakıya gələcəyəm və istintaqı aparan şəxslərlə görüşəcəyəm. Məsləhət olarsa, bu barədə açıqlama verəcəyəm. Barəmdə sübutu olmayan xəbərlərin yazılmasının əleyhinəyəm”.

Oxşar yazılar

Röya atasını itirdi
11 avqust 2025 , 17:24
Məşhurların qeyri-adi pəhrizləri: Siqaret, qəhvə, su və...
11 avqust 2025 , 13:17
Məşhur aktrisa Türkiyə zəlzələsində əmisini itirdi
11 avqust 2025 , 12:02
Polisin “dayan” əmrinə tabe olmayan Tatlısesin qızı - “Psixologiyam pozuldu”
9 avqust 2025 , 15:56
Günay İbrahimli Şanxaya getdi - VİDEO
9 avqust 2025 , 15:05
Brandon Stone tezliklə Yaban Sea Breeze-də! - Emin Ağalarov anons etdi
8 avqust 2025 , 16:06
Pərəstişdən, nifrətə: Xalqın sevgisini itirən 10 ulduz
8 avqust 2025 , 14:49