Türkiyədən yenicə qayıdan müğənni Rəqsanə bu gün media nümayəndələri ilə görüşüb. Gördüyü işlərdən Lent.az-a danışan müğənni Türkiyə və Bakıda gerçəkləşdirəcəyi işlərdən danışıb: “Artıq bir neçə gün olar ki, Azərbaycandayam. Bakıda olmadığım müddətdə bəzi jurnalistlər yazdılar ki, guya məni həbs ediblər. Amma gördüyünüz kimi, bu dəqiqə sizin qarşınızdayam. Yenə doğma vətənimdəyəm. Bir çox yeni işlərim var. Türkiyədə yeni albomum hazırlanır, aranjemanlar gedir. İndiyə qədər repertuarımda olan mahnıları indi də türk dilində oxumuşam. Buna səbəbsə türklərin bizim dildə olan bəzi sözləri bir az çətin anlamalarıdır”, - deyən müğənni sonda Lent.az-ın fotokameraları önünə keçərək, müxtəlif pozalarda şəkillər çəkdirib.

Oxşar yazılar

Dünyaca məşhur iki ulduz eyni kişiyə aşiq oldu, hələ də gileylidilər
12 avqust 2025 , 17:35
Estetik əməliyyatlar məşhur ifaçını EYBƏCƏRLƏŞDİRDİ
12 avqust 2025 , 13:22
Məşhur fenomenin sevgilisi tərəfindən döyülməsi ilə bağlı HƏBS CƏZASI tələbi
12 avqust 2025 , 10:18
Röya atasını itirdi
11 avqust 2025 , 17:24
Məşhurların qeyri-adi pəhrizləri: Siqaret, qəhvə, su və...
11 avqust 2025 , 13:17
Məşhur aktrisa Türkiyə zəlzələsində əmisini itirdi
11 avqust 2025 , 12:02
Polisin “dayan” əmrinə tabe olmayan Tatlısesin qızı - “Psixologiyam pozuldu”
9 avqust 2025 , 15:56