Müğənni və rəqqasə Sevda Sanəliyeva "İnstagram"da yeni fotosunu paylaşıb. Lent.az-ın axşam.az saytına istinadən məlumatına görə, sənətçinin şəkildə hamilə olduğu diqqət çəkib. İzləyiciləri bu münasibətlə onu təbrik edib, S. Sanəliyeva isə təşəkkürünü bildirib.
Qeyd edək ki, S. Sanəliyeva bu ilin iyununda iş adamı ilə ailə həyatı qurub. Bununla belə, o, bəlli olmayan səbəblərdən toyunun olmasını inkar edib və bunu yalan adlandırıb.
Bu barədə gecce.az-a özəl açıqlama verən rəqqasə ana olacağını etiraf edib: "Bəli, ana olacağam. Üç aylıq hamiləyəm. Körpəm gələn ilin mart ayında dünyaya göz açacaq. Toy xəbərimi bəzi səbəblərdən gizlətdim. Amma hər kəs bilir ki, qayda-qanunla ərə getmişəm. Nikah şahidim də yaxın rəfiqəm, teleaparıcı Lalə Əlimuxtarova olub. Övladımın cinsiyyətini isə gələn həftə biləcəm".