Nura Suri müğənni ilə sevgili olması xəbərindən danışdı
28 mart 2016 14:55 (UTC +04:00)

Nura Suri müğənni ilə sevgili olması xəbərindən danışdı

Müğənni Nura Suri həmkarı Samir Cavadzadə ilə sevgili olması barədə yayılan xəbərlərə aydınlıq gətirib.

 

Lent.az-a açıqlama verən ifaçı bildirib ki, bu xəbər həqiqəti əks etdirmir: “Samirlə dostluğumuz hələ şou-biznesə gəlməzdən öncə yaranıb. "ATV maqazin onlarla” verilişində söylədiyim açıqlamada mənim bu mövzuya zarafatla yanaşmağım aydın görünür. Dostluğumuz haqda gülərək danışıram. Saytlardan xahiş edirəm ki, reytinq xətrinə yalançı başlıqlar dərc edib, oxuculara səhv məlumatı çatdırmasınlar”.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 503

Oxşar yazılar