Müğənni Niyam Salami və Mətanət Əsədova ilə vəd etdiyi duetini təqdim edib. Lent.az-ın məlumatına görə, "Hər şey daxil" verilişində bir araya gələn ifaçılar mahnını ekskluziv olaraq ifa ediblər. Niyam qeyd edib ki, "Hanı, o sevgimiz" adlı mahnıya klip çəkmək fikirləri var: "Mətanətə demişəm, klipin bütün geyimlərini, stilini mənim ixtiyarıma buraxsın".
Qeyd edək ki, bəstənin müəllifi bəstəkar Nailə Mirməmmədlidir.