Namiq Qaraçuxurlu nəyi israrla gizli saxlayır?
13 dekabr 2013 12:13 (UTC +04:00)

Namiq Qaraçuxurlu nəyi israrla gizli saxlayır?

Dekabrın 18-də müğənni Bəyimxanım Vəliyeva Heydər Əliyev Sarayında solo konsert proqramı ilə çıxış edəcək. Konsertə böyük həvəslə hazırlaşan müğənninin qonaqları sırasında meyxanaçı Namiq Qaraçuxurlunun olduğunu da vurğulamışdıq. Bəyimxanımın Lent.az-a verdiyi məlumata görə, onun Namiqlə dueti də hazırlanıb: “Namiq Qaraçuxurlu sevilən ifaçıdır. Bizim ifa tərzlərimiz fərqli olsa da, birgə çox gözəl bir iş ərsəyə gətirəcəyimizə əminəm. Namiq yoldaşımla da yaxın dostdur. Biz ailəlikcə bu işin mükəmməl olacağına inanırıq”.

 

N. Qaraçıxırlu isə deyib ki, muğamla meyxananın sintezindən alınacaq duetin adı hələ ki gizli saxlanılır: “Bəyimxanımın gözəl ifası və səsi var. Duet haqda çox adam soruşur və hər kəsə maraqlıdır: biz hansı mahnını ifa edəcəyik. Ancaq mən yenə də israr etdim ki, mahnı hələ sirr qalsın və tamaşaçılar bu dueti  konsert günü eşitsinlər. Bircə onu qeyd edə bilərəm ki, bu, yeni mahnı deyil. Köhnə ifalardandır ki, biz ona yeni nəfəs verəcəyik”.

# 1765

Oxşar yazılar