Ötən gün xalq artisti Aygün Kazımovanın müğənni Nadir Qafarzadənin ünvanına söylədiyi ittihamlar cavabsız qalmayıb. “Əjdaha” ləqəbi ilə tanınan müğənni N. Qafarzadə həmkarı A. Kazımovanın cavabını elə Lent.az vasitəsi ilə verdi: “Ötən gün mən sizə müsahibə verdim. Müsahibəm zaman heç bir sənətçinin adını vurğulamadım. Sadəcə söylədim ki, fəxri ad verilən zaman sənətçinin yaradıcılığından əlavə, ədəb-ərkanına da diqqət yetirilməlidir. Daha sonra söylədim ki, bundan sonra hər hansı bir sənətçinin fəxri adının əlindən alınması gecdir. Ancaq mənim bu açıqlamalarımdan sonra A.Kazımova sosial şəbəkədəki səhifəsində barəmdə ittihamlar, hətta təhqirlər qeyd etdi. Onun bu sözlərinə görə məhkəməyə müraciət edə bilərəm. Amma qadın xeylağı olduğu üçün bunu ona keçirəm. Mən yalnız sənətimə və ailəmə vaxt ayırıram. Qalmaqal etməyə vaxtım belə yoxdur. A. Kazımovaya isə sənətində uğurlar arzu edirəm”.

Oxşar yazılar

Hadisə dələduzluğa məruz qaldı - Şikayətçi oldu
13 avqust 2025 , 17:58
İrem Dericiyə bu formada gündəmə gəldi - VİDEO
13 avqust 2025 , 15:03
Elza Rozaya uduzdu - Bu sözlər təhqir deyilmiş...
13 avqust 2025 , 12:28
Tamaşaçılara söyüş söyən “Diva” gündəmdən düşmür
13 avqust 2025 , 11:23
Azər Axşam: "Ölməmişəm, bunu yayanlara nə deyə bilərəm?" - VİDEO
13 avqust 2025 , 11:08
Dünyaca məşhur iki ulduz eyni kişiyə aşiq oldu, hələ də gileylidilər
12 avqust 2025 , 17:35
Estetik əməliyyatlar məşhur ifaçını EYBƏCƏRLƏŞDİRDİ
12 avqust 2025 , 13:22