Müğənni Elnur yeni işindən danışdı
23 sentyabr 2013 11:05 (UTC +04:00)

Müğənni Elnur yeni işindən danışdı

Müğənni Elnur Məmmədov Naxçıvana həsr etdiyi “O Naxçıvandır” mahnısının klipini təqdim edib. Müğənni Lent. az-a  bildirib ki, ötən aydan çəkilişinə başladığı klipi ötən gün təqdim edilib: “Sizə Naxçıvana klip çəkdirməyim barədə məlumat vermişdim. Ekran işində  Naxçıvanın gözəl guşələri, tarixi abidələri, sənət əsərləri nümayiş olunacaq. Klipin süjet xətti ürəyim istəyən kimi ekranlaşdırılıb. Ekran işində xeyir -duasını aldığım Naxçıvanın tanınmış sənətkarı Abdulla Babayev və teleaparıcı Nərgiz Cəlilova da yer alıb. Klip artıq Youtube- da  yerləşdirilib”.

 

Qeyd edək ki,  mahnının sözləri Əliheydər Qəmbərova, musiqisi Vahid Axundova məxsusdur. Mahnının ilk ifaçısı isə Abdulla Babayev olub.

# 1380
avatar

Yalçın UĞUR

Oxşar yazılar