Müğənni: “İki nəfərə aid söhbətə üçüncü qoşulmasın”-QALMAQAL
15 dekabr 2013 12:46 (UTC +04:00)

Müğənni: “İki nəfərə aid söhbətə üçüncü qoşulmasın”-QALMAQAL

“Mən artıq uzanan bu mübahisənin sonlanmasının tərəfdarıyam .Çünki artıq danışmağa mövzu yoxdu”. Bunu müğənni Natəvan Həbibi show.az saytına açıqlamasında deyib.

 

Müğənni bildirib ki, hər şey qanunla həll olunacaq: “Haqqımda yazılan xəbərlərə münasibətimi bildirərək ,nəzərinizə çatdırmaq istəyirəm ki, mən bu həyatda elə yaşamıramki kiməsə güvənim, ya da kiməsə sığınım. Mənim güvəndiyim göydə Allahım, yerdə milliyətim və dövlətimin qanunlarıdır. Əgər kimsə kiminsə kölgəsində yaşayıb ona ünvanlanan şərəf və ləyaqətinin alçaldan sözləri unuda bilirsə, o mən deyiləm”.

 

N. Həbibi bildirib ki, kimsə onu hədələyə bilməz: “ Bir daha deyirəm heç kim mənə hədə-qorxu gələ bilməz. Adının çəkilməsini istəməyən hər kəsə deyirəm ki, elə bundan sonra mənim də adımı çəkməyin. İki nəfərə aid olan söhbətə adı çəkilməyən üçüncü şəxs müdaxilə etməsin”.

# 2625
avatar

Oxşar yazılar