“Bilməyənlər üçün deyim, mənim dövlət tərəfindən verilən addan başqa şəxsi titulum da var, bu, “El qızı” dır. Bu titul mənə on il bundan öncə Rusiyadakı diasporumuz tərəfindən verilib”. Bunu Lent. az-a açıqlamasında əməkdar artist Mətanət İsgəndərli deyib: “Mənim iyirmi illik səhnə fəaliyyətimdə uğurlarım çox olub. Danışsam, bir kitab alınar. Sovetlər dağılandan sonra məni Rusiyaya dəvət etdilər. İyirmi gün içində müxtəlif yerlərdə konsert proqramı ilə çıxış etdim. Daha sonra Azərbaycanın Rusiyadakı diasporu məni bu ada layiq bildi. Bu titulu hər hansı bir müğənni versəydi, qəbul etməzdim. Bununla bağlı mədəniyyət nazirliyinə teleqram da gəlmişdi. Arxivə də gedib baxa bilərsiniz. Bu titulu verəndə Mədəniyyət Nazirliyindən də nümayəndə gəldi. Xatırlayıram ki, xalq artisti Flora Kərimova da orada idi. Bir sözlə, mənim titulum qondarma deyil. Adam daşıdığı titula layiq olmalıdır. Bilməlidir ki, bu, ona nəyə görə, nə məqsədə, hansı əməllərinə görə verilib”.

Oxşar yazılar

Röya atasını itirdi
11 avqust 2025 , 17:24
Məşhurların qeyri-adi pəhrizləri: Siqaret, qəhvə, su və...
11 avqust 2025 , 13:17
Məşhur aktrisa Türkiyə zəlzələsində əmisini itirdi
11 avqust 2025 , 12:02
Polisin “dayan” əmrinə tabe olmayan Tatlısesin qızı - “Psixologiyam pozuldu”
9 avqust 2025 , 15:56
Günay İbrahimli Şanxaya getdi - VİDEO
9 avqust 2025 , 15:05
Brandon Stone tezliklə Yaban Sea Breeze-də! - Emin Ağalarov anons etdi
8 avqust 2025 , 16:06
Pərəstişdən, nifrətə: Xalqın sevgisini itirən 10 ulduz
8 avqust 2025 , 14:49