Məşhur qrupun solisti Azərbaycan barədə… - Audio
11 dekabr 2013 18:24 (UTC +04:00)

Məşhur qrupun solisti Azərbaycan barədə… - Audio

Ötən gün Bakıya gələn "UC-Kuduk" özbək qrupunun solisti Ziyad İşanxocayev və müğənni Roza Zərgərli Beynəlxalq Mətbuat Mərkəzində jurnalistlərlə görüş keçiriblər. Lent.az-ın məlumatına görə, sənətçilər bir araya gələrək birgə ifa etdikləri “Tı i ya” ("Sən və mən") mahnısını dinləyicilərin ixtiyarına veriblər.

 

 

Sonra R.Zərgərli təəssüratlarını Lent.az-a bölüşüb: “Mən çox şadam ki, Ziyad bəylə duet ifa etmişəm. Sözün düzü o, ilk dəfə mənə zəng edib Azərbaycandan məni seçib, duet oxumaq istəyini deyəndə çox sevindim. Çünki onunla mahnı ifa etmək həqiqətən mənim üçün xoşdur. Bu mahnıya özüm klip də çəkəcəm. İnşallah, işbirliyimizin ardı olacaq. Hələ bir mahnı da oxuyacağıq. Növbəti mahnıda mən azərbaycan, Ziyad bəysə özbək dilində oxuyacaq. Fərqli bir iş olacaq”.

 

Z. İşanxocayev də işbirlikləri barədə Lent.az-a danışıb: “İlk olaraq onu deyim ki, ölkəniz çox gözəldir. Bu, Bakıya ilk səfərim olmasa da, bu səfərimdə Bakının yaxşı mənada dəyişdiyini gördüm. İnşallah, bundan sonra hələ Bakıya çox gələcəm. Qayıdım Roza ilə olan  duetimizə. Sözün düzü Rozanın səsini çox bəyənirəm. O “Şərq bazarı” müsabiqəsində münsif olan zaman onunla tanış oldum. İlk olaraq səsinə heyran oldum, daha sonra insan olaraq onu tanıdım. Nə yaxşı ki, onu tanımışam. Birgə layihələrə imza atacağıq”.

# 1303
avatar

Yalçın UĞUR

Oxşar yazılar