Türkiyənin tanınmış müğənnisi Sılanın maşından oğurluq olunub. Lent.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, oğurluq Sılanın Bodrumdakı konsertdən İstanbula gələn zaman baş verib. Müğənlinin orkestrinin instrumental alətləri olan avtomobil soyulub. Sıla musiqi alətləri oğurlandığını bilən kimi, polisə müraciət edib.