Müğənni Ülviyyə Tağıyeva yeni layihələr üzərində çalışır. Lent.az-ın məlumatına görə, o, xalq artisti İlhamə Quliyevanın repertuarına müraciət edərək, musiqisi Faiq Sücəddinova məxsus “Neylərsən” mahnısını ifa edib. Aranjemanını Anar Vəlizadənin etdiyi mahnı artıq “youtube” da dinləyicilərin ixtiyarına verilib.
Qeyd edək ki, Ü.Tağıyevadan öncə “Neylərsən” ə müğənni Rəqsanə İsmayılova müraciət etmişdi. İ.Quliyeva isə buna sərt şəkildə reaksiya verərək, onun mahnısını icazəsiz ifa etməyə qadağa qoymuşdu.