İlhamə Nazpərinin “Bandotdel”dəki izahatından danışdı – MƏTN
11 aprel 2013 16:46 (UTC +04:00)

İlhamə Nazpərinin “Bandotdel”dəki izahatından danışdı – MƏTN

“Hər şey ötən ilin dekabrında xalq artisti Nazpəri Dostəliyevanın ATV-nin “Onlar” verilişinə verdiyi bu müsahibə ilə başladı”.

Bunu Lent.az-a xalq artisti İlhamə Quliyeva deyib. Xalq artisti Nazpəri Dostəliyeva aralarında qalmaqal yaranmasının səbəblərindən danışıb: “Aparıcının “yaşından istifadə edib, efirdə gəncləri gözümçıxdıya salan sənətkar kimdir?” sualına Nazpəri Dostəliyeva belə cavab verib: “O, acizdir ki, ancaq özündən danışır. Belə oturub, mənəm-mənəm deməyə heç kimin ixtiyarı yoxdur. O, yazıq adamdır, aciz insandır. Mənim ona yazığım gəlir”.

Əsəblərinə hakim ola bilməyən xalq artisti illərdir gənclərin yolunu kəsən sənətkarları “10-lar” verilişində parodiya etdi: “Kameranı mənim üzümə yaxınlaşdır, bilmirəm, mənim brilyantlarımı göstər. Məni bir az da yaxından çək”. N.Dostəliyeva həmin verilişdə sənətkarları bu cür ifşa etdi: “Hər nəslin nümayəndəsi gənclərə dəstək olmalıdır, bu mütləqdir. Amma təmənnasız. Təmənna ilə dəstək olanlarımız da var”.

İlhamə Quliyev N.Dostəliyeva ilə bağlı Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət etdiyini xatırladıb. va “Mən, İlhamə Quliyeva öz hüquqlarımı müdafiə etmək üçün Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ərizə ilə müraciət etdim. Bu müraciətə əsasən Nazpəri Dostəliyeva Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırıldı və ondan izahat alındı. Həmin izahatdan sitat: “Bildirmək istəyirəm ki, mən televiziyada, radioda, eləcə də digər şənliklərdə İlhamənin haqqında hər hansı bir fikir söyləməmişəm, mənim onunla heç bir problemim yoxdur. Mən İlhaməni təhqir etməmişəm. İlhamənin şərəf və ləyaqətini alçaldacaq, onu ictimaiyyət arasında rüsvay edəcək hərəkətlərə yol verməmişəm. Qeyd etdiyim kimi, mən İlhamə Quliyevanın şərəf və ləyaqətini alçaltmamışam və belə bir hərəkətlərə yol vermək fikrində də deyiləm. Bildirmək istəyirəm ki, mən televiziyada özüm haqqında fikir söyləmişəm, yəni öz yaşım haqqında fikir söyləmişəm, lakin İlhamənin barəsində, yaşı barəsində hər hansı bir fikir söyləməmişəm. Lakin İlhamə Quliyeva mənim dediklərimi sanki ona sataşmağım kimi qəbul edərək mənim dediklərimi mənə qarşı istifadə edib”.

Nazpəri Dostəliyevanın ifadəsindən belə aydın olur ki, “10-lar” verilişində dedikləri hamısı onun özünə aid imiş. Yəni Nazpəri Dostəliyeva özünün aciz insan olduğunu, özünə yazığı gəldiyini bildirib, yaşının, dövrünün, sənətinin keçdiyini söyləyib, gənclərə təmənna ilə dəstək olduğunu deyib, efir zamanı yalnız öz brilyantlarını nümayiş etdirdiyini dilə gətirib. Əhsən, özünə tənqidlə yanaşan belə sənətçiyə...”, deyə o əlavə edib.

# 2330
avatar

Oxşar yazılar