Festival: kim seçiləcək?
23 sentyabr 2013 14:18 (UTC +04:00)

Festival: kim seçiləcək?

Xan Şuşinski adına uşaq muğam məktəbində Qeyri - hökumət təşkilatına Dövlət Dəstəyi Fondunun yardımı və Xan Şuşinski fondunun təşkilatçılığı ilə məktəbli gənclər arasında festival keçiriləcək. Bunu Lent. az-a  fondun prezidenti Bəyimxanım Verdiyeva deyib. O, bildirib ki, festivala oktyabrın 2-də Beynəlxalq Muğam Mərkəzində yekun vurulacaq.

 

 

Xan Şuşinskinin qızı Bəyimxanım bildirib ki, bu, növbəti böyük layihədir: ”Xan Şuşinski fondunun rəhbəri olaraq bizə ayrılan bu diqqətə görə öz təşəkkürümü bildirirəm, sağ olsunlar”.

 

 

Qeyd edək ki, istedadlı gəncləri Arif Babayev, Ağaxan Abdullayev, Əlibaba Məmmədov, Ramiz Quliyev, Fikrət Verdiyev seçəcəklər. Qalib iştirakçılara 1-ci yer 1000, 2 ci yer 500, 3-cü yerin sahibinə isə 300 manat veriləcək.

# 1223
avatar

Yalçın UĞUR

Oxşar yazılar