Faiq Ağayev mətbuata müraciət ünvanladı: “...son qoydum”
16 dekabr 2013 10:17 (UTC +04:00)

Faiq Ağayev mətbuata müraciət ünvanladı: “...son qoydum”

Bir neçə gün öncə prodüser Toliklə aralarında olan küsülülüyə son qoyan xalq artist Faiq Ağayev media nümayəndələrinə müraciət ünvanlayıb. Lent.az F.Ağayevin müraciətini olduğu kimi təqdim edir: “KİV nümayəndələrinin diqqətinə. Son zamanlar bəzi mətbu orqanlarda barəmdə ardıcıl olaraq çirkin məlumatlar yer alırdı. Məhz bu səbəbdən məsələnin şəxsi olmasını və dəyərli mətbuat nümayəndələrinin israrlı istəklərini nəzərə alaraq, mövzuya münasibət bildirmək məcburiyyətindəyəm. Təqribən yarım il ərzində prodüser Tolik tam səbəbsiz və əsassız olaraq, ünvanıma xoşagəlməz fikirlər bildirməkdə idi. Dərclərin miqyası artdıqda, məsələyə aydınlıq gətirmək üçün onu görüşə çağırıb, hərəkətlərinə rəsmi izah gətirməsini istədim. Məlum oldu ki, Tolik bu hərəkətləri ətrafında dolaşan bədxahların yalan sözlərinə inanaraq, onların təhriki nəticəsində edib. Bu həqiqət ortaya çıxdıqdan sonra Tolik etdiklərindən təəssüflənib, məndən üzr istədi. Onun bu səmimi, cəsarətli addımını dəyərləndirib, üzrxahlığını qəbul edib, aramızda olan mənasız qarşıdurmaya son qoydum”.

 

 

 

# 1562
avatar

Yalçın UĞUR

Oxşar yazılar