Ən varlı müğənni kimdir?
04 sentyabr 2013 16:18 (UTC +04:00)

Ən varlı müğənni kimdir?

Şou-biznes əhlinin qazandıqları pullar, sərvətlər hər zaman maraq doğurub.



Axşam.az-ın məlumatına görə, “Onlar” verilişi araşdırma apararıb və ən varlı müğənnini tapmağa çalışıb. 

Sənətçilər qazandıqları pullardan, onları harada saxladıqlarından danışıblar:

 

Faiq Ağayev: “O, qədər çox pul qazanmıram ki, onun üçün banka üz tutum. Kim-kimə deyər pulunu harada saxladığını? Pullarımı bankda yox, bankada saxlayıram”.

 

Aygün Kazımova: “Heç pulu üst- üstə qoya bilirəm ki, onu saxlamağa da yer axtarım?! Əlimə burdan gəlir, ordan göndərirəm layihəyə. Heç qazanmadığım ay olmayıb. Ümumən ay ərzində 30-40 min gəlirim olur. Zənnimcə, ən varlı müğənni İlhamə Quliyevadır”.

 

Tünzalə Ağayeva: “İş adamı deyiləm ki, çox pulum olsun, onu saxlamaq üçün banka üz tutum”.

 

Ədalət Şükürov: “Əvvəllər pul çox idi, indi o qədər yoxdur. Yaxşı müğənni ayda 30-40 min manat qazanır. Şou-biznesdə məndən də varlıları var. Kimin maşını varsa deyirlər, varlıdır”.

 

Brilliant Dadaşova: “Pullarımızı nəslimizin qarnında saxlayıram. Mənim heç pulum var ki, saxlamağada yer axtarım? Evimdə cakuzim də yoxdur. Bağımda bir hovuz tikdirə bilmirəm. Halbuki üzməyi çox sevirəm”. 

 

Xəyyam Nisanov: “Bir az pulum var, onu da bankda saxlayıram. Düşünürəm ki, şou-biznesdə ən varlı müğənni Ədalət Şükürovdur”.

 

İradə İbrahimova: “Mən pul qazanmıram. Həyat yoldaşımın pullarını yığıram. Biz müğənnilərin əlinə pul gələn kimi qaçıb maşın alırıq”.

 

Natəvan Həbibi: “Pullarımı evdə saxlayıram. Hərdən anam çantama pul qoyur ki, bəlkə küçədə nəsə oldu. Pulum nə qədər çox olsa, özümü o qədər yaxşı hiss edirəm. O, kart nə qədər cılız görünsə də əsasdır”.

 

# 2792
avatar

Oxşar yazılar