Elza Seyidcahanı oğlu səhnəyə çıxardı
20 sentyabr 2013 11:39 (UTC +04:00)

Elza Seyidcahanı oğlu səhnəyə çıxardı

Paytaxtın əyləncə məkanlarının birində əməkdar artist Elza Seyidcahan “Uğura doğru” adlı konsert verib. Lent.az-ın məlumatına görə, Elza konsertində kulisdən səhnəyə oğlu Əkbərlə müşayiəti ilə gəlib. Gecəsinin ilk mahnısını Azərbaycana həsr etdikdən sonra, Elza “Yallı”, “Son yarpaq”, “Ağ çiçəyim”, “Son vida”, “Tapmaca” və  başqa sevilən mahnılarını da ifa edib.

 

Gecədə E.Seyidcahanla eyni səhnəni xalq artisti Niyaməddin Musayev, Şeyx Əbdül, Zaur Rzayev,  əməkdar artist Firuzə İbadova, Gülyanaq Məmmədova, Zaur Əmiraslanov, müğənni Kərim Abbasov, Elnarə Abdullayeva, Elton Hüseynəliyev, Vüsal Hacıyev, Roza Zərgərli, Səidə Dadaşova, Nazənin, reper Hüseyn Dərya, bəstəkar Nailə Mirməmmədli, yumor ustası Fərda Xudaverdiyev və başqaları bölüşüblər. Müğənni yenə öz geyimi ilə tamaşaçıları təəccübləndirməyi bacarıb.

 

Elə konsert bitər-bitməz, E.Seyidcahan, gecənin təəssüratlarını Lent.az-la bölüşüb: “İlk əvvəl deyim ki, çox möhtəşəm bir gecəni geridə qoyduq. Bu tədbiri sırf vətənim Azərbaycana həsr etmişik. Bu işdə mənə yardımçı olan insanlara minnətdaram. Bu cür konsertlərim hələ çox olacaq. Mənimlə eyni səhnəni paylaşan sənət dostlarıma isə çox sağ ol deyirəm”.

# 2043
avatar

Yalçın UĞUR

Oxşar yazılar