Əkiz bacılar Qubada "Ürəyim"lə
26 avqust 2014 13:00 (UTC +04:00)

Əkiz bacılar Qubada "Ürəyim"lə

Şou-biznesin əkiz Sevinc və Sevil bacıları söz və musiqisi Tural Bayraməliyevə məxsus “Ürəyim” adlı bəstənin klip çəkilişlərinə başlayıblar. Lent.az-a açıqlama verən bacılar bildiriblər ki, ekran işi Azərbaycanın gözəl guşələrində lentə alınıb: “Bir neçə gündür ki, yeni ifa etdiyimiz “Ürəyim” adlı mahnımızın klip çəkilişlərinə başlamışıq. Rejissor Nazim Şərbətovun ekranlaşdırdığı klip Qubada və bir neçə məkanlarda çəkildi. Bu ekran əsərini yaxın günlərdə sevənlərimizlə bölüşəcəyik. Əminik ki, dinləyicilərimiz “Ürəyim” dedikdə bu mahnı yada düşəcək. Və ilhamlarını bu bəstədə tapacaqlar.

 

 

Sevinc və Sevil bacılarının klip çəkilişlərindən olan görüntüləri təqdim edirik

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2572

Oxşar yazılar