Ebru Gündeş yenə ana olacaq
17 avqust 2013 10:20 (UTC +04:00)

Ebru Gündeş yenə ana olacaq

Azərbaycanlı iş adamı Reza Zarrabla evli olan türkiyəli müğənni Ebru Gündeş ikinci dəfə ana olacaq. 

Lent.az-ın axşam.az-a istinadən verdiyi məlumata görə, müğənni bu haqda sosial şəbəkədə yazıb. 

Hazırda həyat yoldaşı və qızı ilə birlikdə Bodrumda istirahət edən Ebru hamiləliyini də orada öyrənib: 

“Allahın köməkliyi ilə qızıma bir qardaş gəlir. Sevincimi bölüşən hər kəsə təşəkkür edirəm”. 
Qeyd edək ki, Ebru və Reza cütlüyünün 2 yaşında Alara adlı qızı var.

# 2380
avatar

Oxşar yazılar