Brilliant Dadaşova: “...O dedi ki, sən çaşdın, Brilliant...” - MÜSAHİBƏ
15 may 2013 11:33 (UTC +04:00)

Brilliant Dadaşova: “...O dedi ki, sən çaşdın, Brilliant...” - MÜSAHİBƏ

- Öncə yeni işlərinizdən başlayaq, yaradıcılığınızdan...

 

 

-  Ayın 29 – da Heydər Əliyev sarayında “Apar məni” adılı konsertim olacaq. Konsertin rejissoru  Nigar Hacızadədir. Yayım hüququ isə Azərbaycan televiziyasına məxsusdur. Sizləri çox maraqlı bir konsert proqramı gözləyir. Sənətimə dəyər verən hər kəsi dəvət edirəm.

 

 

- Son zamanlar adınız  Aygün Kazımova ilə qalmaqalda hallanır? Bu barədə nə deyərdiniz?

- Mənə onlar maraqlı deyil. Yazırsınızsa, məndən yazın. Amma çox xahiş edirəm, başqa adamları mənim yanıma dürtməyin. Bu yaxınlarda Nanə Ağamalıyevanın verilişində qonaq oldum. Orada fonoqrama yox, canlı ifa etdim. Özümə də çox ləzzət elədi, camaat  zəng çalıb deyirdi ki, sən demə, dedi-qodusuz da gözəl veriliş olarmış. Bəzi adamlar da belə deyirlər  ki, dedi – qodu eləməsələr, müğənnilərə baxan olmaz. Bu, yanlış fikirdir. Çünki sübut etdim ki, dedi-qodusuz, musiqi ilə də reytinq qazanmaq olar. Əlbəttə ki, canlı ifa edə bilməyən müğənni dedi – qodu etməlidir ki, ona baxan olsun.

 

- Xalq artisti Akif İslamzadədən sonra, Samir Bağırovla oxuduz. Amma son zamanlar nədənsə, duetə üstünlük vermirsiniz... Ümumiyyətlə, kimlə duet oxumaq istəyərdiniz?

 

- Bu yaxınlarda tanınmış türk müğənnisi Fərhad Göçərlə duet ifa etdim. Ancaq yerli müğənnilərimizdən Zamiqlə oxumağa hazırlaşırıq. Daha sonra  Zülfiyə Xanbabayeva ilə bir duet gerçəkləşdirəcəyik. Xeyli müddətdir ki, istəyirik yazdıraq, gah mənim, gah da onun işi olduğuna görə, proses uzanır. Amma gec də olsa, fərqli bir iş ərsəyə gətirəcəyimizə inanıram.

 

- Siz özünüzü şou-biznesdə hansı yerdə görürsünüz? 

 

- Mən şou – biznesdə deyiləm. İllərdir, sənətdəyəm. Səhnəmizin Məleykəsi bir nəfərə çox gözəl dedi ki, sən çaşdın, Brilliant şou – biznes deyil, sənətdir.

 

- Necə deyərlər, bu aləmdə bir çox şeylərdən xəbərdarsınız. Sizcə  sənətdə qruplaşma nədən yaranır?

 

- Şou-biznesdə çox şey var. Amma sənətdə yalnız sənət var. Ona görə də mən şou – biznesdə yoxam.

 

 

- Ümumiyyətlə,  özünüz hacansa, hansısa bir sənətçiyə qarşı quruplaşmada olmusunuzmu?

 

-  Sizcə mənim belə bir şeyə ehtiyacım var?  Oxuya bilən müğənnini də, yalandan atlanıb-düşən,  qalmaqal yaradan müğənnini də xalq tanıyır. Ona görə də qruplaşmadan söhbət gedə bilməz. Sadəcə, yaxşıların adını bir yerdə çəkirik. Məsələn, biz hansı müğənniləri bir tuturuq? Rəşid Behbudovu, Şövkət Ələkbərovanı, Gülağa Məmmədovu, Elmira Rəhimovanı...

 

- Bəs Brilliant Dadaşovanı hansı qrupa aid etmək olar?

 

- Bunu xalq deyə bilər. Mən Rəşid Behbudov, Şövkət Ələkbərova kimi sənətçilərin sırasındayam...

 

- Bir oğlunuz var. Onun hansı peşənin sahibi olmağını istəyərdiniz?

 -O, indi təhsil alır. Allah hansı peşəni yazıbsa, o peşənin də sahibi olmağını istərdim. Oğlumun bu sənətlə bağlılığı yoxdur. Özü də xoşlamır ki, onun barəsində danışam...

# 3817
avatar

Yalçın UĞUR

Oxşar yazılar