Bəstəkar xanımların Avropa səyahəti
24 avqust 2013 14:40 (UTC +04:00)

Bəstəkar xanımların Avropa səyahəti

Bəstəkar Aygün Səmədzadə və Xanım İsmayılqızı Avropa səyahətinə çıxıb.


Axşam.az-ın məlumatına görə, iki yaxın rəfiqə İtaliya, İspaniya və Avstriyada olaraq bir çox şəhərləri gəzib.
 
Səfər təəssüratlarını müxbirimizlə bölüşən Aygün Səmədzadə gəzintilərindən danışıb:

“Barselona, Milan, Florensiya, Roma, Vyana və Zalsburq kimi şəhərləri gəzdik. Səfər ürəyimcə oldu, amma bir az yoruldum. Çünki hava isti idi, planda da çox şəhər gəzmək vardı.
 
İstirahətə Xanım İsmayılqızı ilə getmişdim. Bizi çox vaxt səfərlərdə bir yerdə görmək olar. Bodrum, Antalyada da ailəvi şəkildə birlikdə dincəlmişik. 

İnsanlar dostluqlarına yalnız yolda sınaqdan çıxartdıqdan sonra davam etdirməlidirlər. Biz də sınaqdan Maşallah yaxşı çıxmışıq”.  

 

# 1261
avatar

Oxşar yazılar