Bakıya gələcək şoumen məhkəməyə çağırıldı
24 sentyabr 2016 04:03 (UTC +04:00)

Bakıya gələcək şoumen məhkəməyə çağırıldı

“Kanal D”də yayımlanan “Bəyaz şou” verilişində “Terror təşkilatını təbliğ etmək” iddiası ilə Ayşe Çelikin mühakimə olunduğu məhkəmə prosesində yeni qərar çıxarılıb.

 

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, məhkəmədə verilişin aparıcısı Beyazıt Öztürkün şahid olaraq dinlənilməsi qərarlaşdırılıb.

 

Diyarbəkir şəhərində müəllim olan A.Çelikdən başqa, 40 nəfər də həmin cinayət işi ilə bağlı mühakimə edilir. Onun əməli sübuta yetirilərsə 1 ildən 5 ilə qədər həbs cəzası ala bilər.

 

Qeyd edək ki, şoumen Beyazıt Öztürk oktyabrın 7-də Heydər Əliyev sarayında konsert verəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 343

Oxşar yazılar