ABŞ-da 27 yaşlı gənc Korey Griffin tərəfindən ALS xəstəliyindən əziyyət çəkən insanlar üçün xeyriyyə məqsədi ilə yaradılmış "Bir vedrə buz" aksiyasına daha bir azərbaycanlı qoşulub. Lent.az-n anspress-ə istinadən verdiyi məlumata görə, Türkiyədə yaşayıb, fəaliyyət göstərən müğənni Azəri Günel (Zeynalova) da başına buzlu su töküb. İfaçı qaydalara əsasən estafedi azərbaycanlı model Günay Musayeva, Sibel Can və Məhməd Əli Ərbilə ötürüb.
Günel başına buz tökdüyü epizodu lentə alıb və sosial şəbəkədəki hesabında yerləşdirib.