Dünən Avropanın “Akcent” qrupu ilə gənc müğənni Aysel Əlizadənin konserti olub. İlk səhnəyə çıxan Aysel Əlizadə yeni və köhnə mahnılarını səsləndirib. Daha sonra səhnəyə “Akcent” qrupu çıxıb. Lakin qrupun iki üzvü gözə dəyməyib. Bu barədə Lent.az-a açıqlama verən müğənni A.Əizadə bu xəbərdən konsertə iki gün qalmış xəbər tutduğunu deyib: “Mənə dedilər ki, qrupun viza işlərinə təşkilatçı Samir Xəttab baxır. Amma sonra dedilər ki, təşkilatçı viza işini həll edə bilməyib. Təşkilatçı Faiq Əli olmağına baxmayaraq, əsas yük mənim çiyinlərimə düşdü. Bunu ona görə etdim ki, adımla bağlı layihə zəif, biabırçı şəkildə təqdim olunmasın. Əslində, əsas işlər təşkilatçının üzərində olmalı idi. Amma vəd olunan səhnə qurulmadı. Konsertin anonslarını özüm həll etdim. “Akcent” oxuyan zaman mahnısı kəsildi. Adi notebook tapılmırdı ki, mahnılar səsləndirilsin. Hələ sadalamaq istəmədiyim başqa nüanslar da var idi. Atəşfəşanlığı, rəqs qrupunu da özüm təşkil etmişdim. Fikrimcə, bizdə ən yaxşı təşkilatçı Nahid Emiloğludur”.

Azərbaycanlı müğənni konsertin təşkilatçısından şikayət etdi
Oxşar yazılar

XXI əsrin ən yaxşı “Avroviziya” mahnıları AÇIQLANDI
24 aprel 2025 , 19:09Mahsun Kırmızıgül xəstəxanaya yerləşdirildi
24 aprel 2025 , 13:39
Didem Soydan iş adamı ilə birlikdə qaçıb Londona getdi
24 aprel 2025 , 11:24
Flora Kərimovanın SƏSİ BATDI
24 aprel 2025 , 07:01
Öz və yalançı adları ilə tanınan MƏŞHURLAR – SİYAHI
23 aprel 2025 , 11:03
Madonnanın karyerasında rekord: Klipi 1 milyard izləndi - VİDEO
21 aprel 2025 , 17:31
6 ayda 26 kilo arıqladı! İşin Karaca sirrini açıqladı
21 aprel 2025 , 12:56