Aygün Kazımova Sevdanın konsertinin sonunda nələr dedi?
22 sentyabr 2013 02:31 (UTC +04:00)

Aygün Kazımova Sevdanın konsertinin sonunda nələr dedi?

Ötən gün prodüser Tolikin (Tarix Əliyevin) təşkilatçılığı ilə müğənni Sevda Yəhyayevanın Yaşıl Teatrda “Unut” adlı solo konserti oldu.

Lent.az-ın məlumatına görə, gecəyə gələn qonaqları teleaparıcılar Afaq Gəncəli və Zaur Nəbioğlu səhnədən yox, düz tamaşaçılar sırasından salamlayaraq, gecəni açıq elan etdilər. Elə həmin andan səhnədə konsertin səbəbkarı Sevda Yəhyayeva göründü.

Allahyar Vəzirovun rəhbərliyi ilə Estrada Orkestrasının müşayiəti ilə “Heç qayıtma” adlı mahnısı ilə ifasına başladı. Mahnı təqdim etdikdən sonra qonaqları salamlayaraq, “Tut əlimdən”, “Buz kimi”, “Saxta”, “Tıq-tıq xanım”, “Sən” və bu kimi sevilən  mahnılarını ardı-ardına ifa etdi.

 

Ümumilikdə 21 musiqi nümunəsi təqdim edən müğənnini Gürcüstandan gələn rəqs qrupları müşayiət edirdi. Müğənni öz sevilən mahnılarından başqa xalq artisti Aygün Kazımovanı səhnəyə dəvət edərək, onunla “Şəklimi çək” mahnısını ekspromt olaraq, ifa etdi.

Konsertə bir çox tanınmışları gəlmişdi. Onların sırasında Sevdanın müəlliməsi “Lalə” qızlar ansamlının rəhbəri, xalq artisti Ceyran Haşımova, müğənnilərdən  - Xatirə İslam, Ayan Babakişiyeva, Lamiyyə Novruzova, Kamil Cəfərov, Sevinc Ağaşirinova, Zamiq Hüseynov, Gökhan Erol, prodüserlərdən - Təranə Səmədova, Pərviz Əsgərov, Elçin Quliyev, bəstəkar Pərviz Mahmudov, Hacı Nazim, Hakan Erol, şairə Leyli İsrafilova, stilist Anar Ağakişiyev və Elnur Həsənovu da görmək olardı.

 

Konsertdən sonra müğənni öz təəssüratlarını Lent.az-la bölüşdü. O, çox həyacanlı olduğunu söyləyərək, əla bir konsert verdiyini bildirdi:  “Konsertimə gələn hər bir tamaşaçıma çox sağ olumu bildirirəm. Nə yaxşı ki, sizlər varsınız. Bu gün mənim konsertimdə Azərbaycan estradasının ulduzu, sənətini çox sevdiyim xalq artisti Aygün Kazımova da iştirak edirdi. Ona və gecəmə gələn tanınmışlara çox sağ olumu bildirirəm. Bundan əlavə konsertimi yüksək səviyyədə təşkil edən Tolikə və gecəmdə əməyi keçənlərə  minnətdarlığımı bildirirəm”.

Daha sonra konsert təəssüratlarını A.Kazımova bölüşdü: “Mən bu gün Sevdaya dəstək olmaq üçün burdayam. Bu dəstəyim onun üçün əsasdır. Gözəl konsertə görə Sevdanı və onunla çalışan Tarikoşamı da təbrik edirəm”.

 

Qeyd edək ki, konsertin rejissoru Aynurə Səmədova, musiqi rəhbəri isə Hakan Erol idi.

 

# 5793
avatar

Yalçın UĞUR

Oxşar yazılar