Asiyada milyonçuların sayı çoxalmaqdadır
26 sentyabr 2013 07:12 (UTC +04:00)

Asiyada milyonçuların sayı çoxalmaqdadır

Asiya qitəsindəki milyonçuların siyahısı daha 300 min nəfər artıb. Lent.az-ın Türkiyə KİV-ə istinadən məlumatına görə, «Royal Bank of Canada»-nın araşdırmasına əsasən, 2012-ci ildə Asiyadakı milyonçuların sayı 9,4 faiz artaraq, 4 milyona yaxınlaşıb.

 

Onların sərvətinin cəmi 12 fazi artaraq, 12 trilyon dollara çatıb.

 

Onların sayının belə sürətlə çoxalması iqtisadi inkişaf, qiymətlərin bahalanması və daşınmaz əmlakın qiymətinin artması göstərilib.

 

Çin, Yaponiya və Cənubi Koreyada super zənginlərin sayı daha sürətlə artmaqdadır.

Onların sayı yalnız Şimali Amerikadakı milyonçuların sayından azdır. Bu materikdəki zənginlərini sayı 11,5 faiz artıb. Bununla belə 2014-cü ildə Asiyadakıların onları ötəcəyi gözlənilir. 2009-cu ildə Asiya qitəsi Avropanın ötmüşdü. 

# 1177
avatar

Oxşar yazılar