Rəqqasə:"Mənimlə kimsə olmalıdır" - ETİRAF
16 avqust 2013 23:20 (UTC +04:00)

Rəqqasə:"Mənimlə kimsə olmalıdır" - ETİRAF

Rəqqasə Fatimə Fətəliyeva tək qalmaqdan qorxur. 

Axşam.az-ın məlumatına görə, sənətçi “Atv maqazin” jurnalına müsahibəsində evdə tək qalarkən əlində bıçaqla gəzdiyini deyib: 

“Tək qalmaqdan qorxuram. Elə ki evdə tək oldum, tir-tir əsirəm. Əvvəllər belə olanda bıçağı götürüb, başlayırdım qışqırmağa: “Ey kimsən? Çıx ortaya”. İndi böyümüşəm, 34 yaşım var, amma yenə də eləyəm. Əgər otaqda tək yatmalıyamsa, səhərə kimi gözümü yummuram, işıq mütləq yanmalıdır, uzanıb, ancaq bir istiqamətə baxıram. Ona görə də otaqda mənimlə kimsə olmalıdır. Bu, biabırçılıqdır. Bir də qandan qorxuram. Qan görəndə əl-ayağım qıc olur”.

# 2417
avatar

Oxşar yazılar