"Gəmicilər"i eşitmək 50-150 manata başa gələcək
26 sentyabr 2013 13:54 (UTC +04:00)

"Gəmicilər"i eşitmək 50-150 manata başa gələcək

Sabah Röya Ayxan otellərin birində konsert verəcək. Bu barədə Lent. az-a müğənninin prodüseri Kənan Bayramov bildirib. O, deyib ki, Röyanın konserti əvvəlkilərdən o qədər də fərqlənməyəcək: “Konsert qabağı hər şey plan üzrə, öz qaydasında gedir. Röya bir saat ərzində sevilən mahnılarını oxuyacaq. Bundan əlavə, Röya “Gəmicilər” adlı mahnısını ilk dəfə təqdim edəcək. Konsert saat 22-də başlayacaq. Biletlərin qiyməti isə 50-80-120-150 manatdır”.

 

Qeyd edək ki, Röya hazırda ”Çarəsiz xəstəlik” ,” Yalnızlıq”, “Dastanlar yazalım” mahnıları üzərində işləyir.

# 1878
avatar

Yalçın UĞUR

Oxşar yazılar