«Avroviziya»da qaydalar dəyişir
25 sentyabr 2013 06:57 (UTC +04:00)

«Avroviziya»da qaydalar dəyişir

Son illər «avroviziya» musiqi yarışması başa çatandan sonra təşkilatçıların ünvanına çeşidli iddialar, iradlar irəli sürülür.

 

Qurum təmsilçiləri bunlardan xilas olmaq üçün bir sıra yeniliklər etmək niyyətindədir.

 

Lent.az-ın «eurovision.tv»-yə istinadən məlumatına görə, yeni qaydalara əsasən, yarışma başlamazdan öncə – mayın 1-də bütün jüri üzvlərinin adı açıqlanacaq.

 

İndiyədək onların adları finaldan sonra elan olunurdu. İndən belə son mərhələdən dərhal sonra hər bir jüri üzvünün verdiyi ballar da açıqlanacaq.

yeni qaydalar tamaşaçı səslərinin də açıqlanmasını nəzərdə tutur. Son iki müsabiqənin jürisinə – münsiflər heyətinə daxil edilənlər jüri üzvü ola bilməyəcəklər. Təşkilatçılar bu addımın müsabiqəyə fərqlilik qatacağını düşünürlər. 

Müsabiqənin icraçı direktoru Con Ola Sand dəyişikliklərin ədalətli nəticəni və şəffaflığı hədəflədiyini bildirib.

# 985
avatar

Oxşar yazılar