“Lüt gəl-paltarlı get”
03 sentyabr 2013 15:55 (UTC +04:00)

“Lüt gəl-paltarlı get”

Ukraynada alış-veriş mərkəzlərindən biri “Lüt gəl-paltarlı get” adı altında qeyri-adi reklam aksiyası keçirib. Lent.az-ın rus mətbuatına istinadən məlumatına görə, mağazaya çılpaq gələn müştərilər mağazadan tam geyinilmiş vəziyyətdə çıxa biləcəklər.

 

Ukraynanın soyunmağı sevən “Femen” qrupu istintaqla əlaqədar xaricdə olsa da, onların yoxluğu hiss olunmayıb. Yüzlərlə kiyevli paltar almaq üçün soyunub növbəyə durub.

 

Aksiyaya start veriləndə çılpaq alıcılar ticarət mərkəzinə hücum çəkiblər.  Pulsuz alış-veriş üçün kuponlar rəflərdə paltarların arasında gizlədilib. Təşkilatçıların məlumatına əsasən, 32 nəfərin bəxti gətirib.

# 8346
avatar

Oxşar yazılar