120 pişiyi yemləmək üçün 180 minlik oğurluq etdi
13 dekabr 2013 07:11 (UTC +04:00)

120 pişiyi yemləmək üçün 180 minlik oğurluq etdi

120 pişiyi yemləmək üçün azından 32 dəfə soyğunçuluq etməkdə şübhəli bilinən Yaponiya vətəndaşı saxlanılıb.

 

Lent.az-ın «lenta.ru»-ya istinadən məlumatına görə, bu 48 yaşlı işsiz yapon Mamora Demidzudur. Mənbə bildirib ki, onun oğurluğu ərzağın ümumi dəyəri 185 min dollara bərabərdir.

 

O, yemi öz evindəki pişiklərə, eləcə də ətrafdakı yiyəsiz pişiklərə verib. Demidzu pişikləri adi konservləşdirilmiş yemələrlə, deyil təzə balıq və toyuqla yemləyib. Hər gün o, bu heyvanlara 250 dollar xərcləyib.

 

Hüquq-mühafizə orqanlarına o, suçunu etiraf edərək, pişiklərin boynunu sığallayanda özünü xoşbəxt hiss etdiyini söyləyib. 

# 1324
avatar

Oxşar yazılar