Xalq artisti Təranə Muradova həyat yoldaşı ilə
27 may 2021 12:09 (UTC +04:00)

Xalq artisti Təranə Muradova həyat yoldaşı ilə

Xalq artisti ölən həyat yoldaşı barədə NƏLƏR DEDİ?

Xalq artisti, Bakı Xoreoqrafiya Akademiyasının prorektoru Təranə Muradova həyat yoldaşı Ramiz Cəlilovun ölümündən danışıb.

\Lent.az-ın məlumatına görə, Xalq artisti sosial şəbəkədəki səhifəsində bu sözləri qeyd edib:

"Bu gün mənim ən yaxın və əziz insanım getdi - Ramizim... Ruhumun, ürəyimin yarısını əbədi olaraq özü ilə götürərək əbədiyyətə getdi.

Ramiz, mənim sevimlim və əzizim! Sən, sadəcə mənim ərim deyildin. Mənim ən sadiq dostum, məsləhətçim və yoldaşım idin. Səninlə uzun və çətin bir yol keçdik. Ancaq hər zaman mənim etibarlı qorumam və güclü dayağım olmusan. Həmişə güclü, ağıllı, maraqlı olmusan.

Mənə o qədər sevgi, xoşbəxtlik və sevinc bəxş etdin ki, hər zaman yanımda olduğunu bilə-bilə bütün çətinliklərin öhdəsindən gəldim. Mənim itkim nə qədər çətin olsa da, bilirəm ki, sən həmişə yanımda olacaqsan və məni hər şeydən xilas edəcəksən, çünki indi sən mənim qoruyucu mələyimsən". 

Xalq artisti Təranə Muradovanın həyat yoldaşı 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 16077
avatar

Yalçın UĞUR

Oxşar yazılar