Tanınmış müğənninin gözəllik salonuna  ATƏŞ AÇILDI
02 oktyabr 2023 17:14 (UTC +04:00)

Tanınmış müğənninin gözəllik salonuna ATƏŞ AÇILDI

Türkiyənin tanınmış müğənnisi Banu Parlakın gözəllik salonuna hücum edilib.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, ötən gecə saat 02 radələrində müğənni Banu Parlakın İstanbulun Bahçeşehir qəsəbəsindəki gözəllik mərkəzini motosikletli iki nəfər atəşə tutub.

Səhər saat 05 radələrində isə gözəllik mərkəzində növbəti hücum baş verib. Bu hücumda 4 güllə mərkəzin şüşələrinə dəyib. Banu Parlak bildirib ki, Dilan Polat hadisədən əvvəl ona zəng edərək hədələyib:

“Hadisədən əvvəl Dilan Polat mənə zəng etmişdi. Dedi ki, Sılanı həbsxanaya salıblar, Engini də, məni də aparacaqlar, bizim haqqımızda paylaşım etmə, uşağın var, bunu etmə deyib hədələdi”.

Qeyd edək ki, Banu Parlak günlər öncə sosial mediada video paylaşaraq Dilan Polatın onu təhdid etdiyini bildirib: "Mənə bir şey olsa, Dilan Polat və Engin məsuliyyət daşıyır".


# 2619
avatar

Xədicə ƏFQAN

Oxşar yazılar