Tanınmış fenomen Şeyma Subaşı bu dəfə “Halloween” bayramı üçün geyindiyi paltar ilə diqqət çəkib.
Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Şeyma “Halloween” gecəsinə mini gəlinlikdə qatılıb. Onun geyimi sosial şəbəkə izləyiciləri tərəfindən maraqla qarşılanıb.
İzləyicilərin çoxu onun paylaşımına “Gəlinlik geyinməkdən doymadı” kimi şərhlər yazıb.
Qeyd edək ki, Şeyma Subaşı iş adamı Acun Ilıcalı ilə 2017-ci ildə ailə həyatı qurmuşdu. Bu evlilikdən bir qızı olan cütlük 2018-ci ildə boşanmışdı. Subaşı bu ilin may ayında isə ərəb milyarder Mohammed Alsaloussi ilə evləndi. Ancaq bu evlilikdə uzun çəkmədi. Onlar keçən ay ayrıldılar.