Sevda ərini “blok”a” atdı
30 mart 2024 16:39 (UTC +04:00)

Sevda ərini “blok”a” atdı

Müğənni Sevda Yahyayeva həkim-genetik olan həyat yoldaşı Zaur Bayramovla bağlı maraqlı açıqlama verib.

Lent.az-ın xəbərinə görə, o, ərinin arıqlamaq üçün mədə balonu qoydurduğunu və özünün də eyni əməliyyatı keçirməsi üçün israr etdiyini deyib:

“Həyat yoldaşım deyir ki, 12 kiloqram çəkini sən 2 aya ata bilməyəcəksən. Gəl özüm kimi sənin də mədənə “mədə balonu” qoyduraq. Mənə deyir ki, arıqlamalısan. Bu sözlərimi evdə deyə bilmədiyim üçün efirdə söyləyirəm.

Ərimin arıqlamağımla bağlı yazdığı mesajdan sonra onu telefonda və “Whatsapp”da “blok” etdim. Bir tək “Instagram”da saxladım. Çünki sonra izləyicilər ona da söz edib yazacaqlar ki, “ər-arvad” bir-birilərini izləmirlər".

Sevda Yahyayevanın Ayla və Aida adlı iki qız övladı var.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5769
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar