Sərxan Kərəmoğlu məşhur aparıcını “yıxdı, sürüdü”
19 aprel 2024 11:14 (UTC +04:00)

Sərxan Kərəmoğlu məşhur aparıcını “yıxdı, sürüdü”

 Aparıcı Kamran Həsənlinin dünən teleaparıcılar haqqında söylədiyi  “Efiri bazara çeviriblər. Necə ki, bazarda pomidoru pulla alırsan, efirdə də hər verilişin özünün müəyyən məbləği, verilişlərin aparıcılarının saxlayanı var” fikrinə cavab şoumen aparıcı Sərxan Kərəmoğludan gəlib.

Lent.az xəbər verir ki, o öz sosial şəbəkə hesabında post paylaşaraq Kamrana sərt reaksiya bildirib:

“Yetər artıq! Sizin gördüyünüz işlərin davamçılarıdırlar, niyə təəccüblənirsiniz? “Space” telekanalında efirə çıxardıqlarınız pulsuz idi? Ödəniş etmirdilər? “Sizin saat” və “Musiqili meydan” verilişlərinə hamı pulsuz çıxırdı? Ya mənim verilişimə pulsuz çıxırdılar? Siz elə həddə gətirmisiniz ki, gənc nəsil artıq sizə “Sən kimsən?”, deyə müraciət edir. Pafos sözlərdən, fikirlərdən istifadə etməkdən bezmədiniz? Nə var, nə var bəlli küskün bir kütlənin damarından istifadə edib, yalançı sevgi qazanmaq naminə.

Bunlar çox davam edəcək? Sizə belə mövqedə olmaq yaraşmır, çünki siz müasir Azərbaycan müstəqil televiziyasının ilklərindənsiniz. Əgər kimsə sizə söz veribsə ki, belə çıxışlar et, səni televiziya rəhbəri vəzifəsinə gətirəcəklər, bax, orasını artıq bilmirəm. Təki olsun! Amma heç kimin nə “ATV”də, nə keçmiş “ANS TV”də etdiyiniz layihələr yaddaşlarında qalıb.

Mənim Kamran Həsənliyə tövsiyəm, televiziya mövzularını artıq bitirsin. O ki, qaldı gənclərin efirlərə pul verməsinə və ödənişli efirə çıxmasına, deyim xəbəriniz olsun ki, hələ Sövet dövründə belə senzuradan keçən mügənnilər rəsmi olmasa da, dəridən-qabıqdan çıxıb nələrsə də verirdilər. Pulla efirə çıxmaq irsi olaraq keçib, çox da “zad eləmə...”

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4803
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar