Şakira daha kişilərə inanmır
23 mart 2024 10:42 (UTC +04:00)

Şakira daha kişilərə inanmır

Şakira sevgilisi Jerard Pikedən ayrıldıqdan iki il sonra yenidən sevəcəyinə əmin olmadığını söyləyib. 

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, verdiyi müsahibədə müğənni izah edib ki, 12 illik münasibəti bitdikdən sonra sevgidən çox, "dostluğa" üstünlük verir.

"Düşünürəm ki, dostluq sevgidən daha uzun sürür. Hələ də sevginin vacib olduğunu düşünsəm də, dost münasibətlərinə önəm verməyə başlamışam. Çünki sevginin sonsuza qədər mənimlə olacağını düşünürdüm. Və bu bir xəyal oldu... Yenidən sevmək istəyəcəyimi düşünmürəm”,- deyə müğənni bildirib.

“Mən həmişə ailəyə və bir tərəfdaşa dəyər vermişəm. Ancaq həyatımın ən qaranlıq və ən çətin anları ilə qarşılaşmalı olduğum zaman sevgilim yox, dostlarım yanımda oldular. Mənə həyatın əsl mənasını göstərdilər. Partnyorla qocalmaya bilərəm, amma yaxşı dostların əhatəsində qocalacağam”- o vurğulayıb.

Pike və Şakiranın iki oğlu var: 11 yaşlı Milan və 9 yaşlı Saşa.

# 2334
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar