Xalq artisti Röya Ayxanın müğənni Zamiq Hüseynovla ifa etdiyi “Neylərsən” mahnısı müzakirəsiz ötüşməyib.
Lent.az-ın məlumatına görə, sözügedən mahnını Şəbnəm Tovuzlunun və Röyanın ifalarının müqayisəsi ilə sosial şəbəkədə paylaşılması prodüser Toliki ( Tarix Əliyev ) özündən çıxarıb: “Röya elə zirvədədir ki, onun haqqında kim nə danışırsa, heç vecinə deyil. Amma fakt odur ki, onlar heç vaxt Röya ola bilməyəcək”.
Onun bu rəyindən sonra Şəbnəm “Burda nə var ki? Hər kəs təşvişə düşdü. Qəlb deyilən bir şey var. Sağ olsunlar, insana, ifaçıya qiyməti xalq versin”, - sözlərini yazıb.
Şəbnəmin fikirləri isə Tolikin xoşuna gəlməyib: “Şəbnəm, sənin nəyinə təşvişə düşək? Sən Allah bəsdirin, heç biriniz Röya ola bilməyəcəksiniz. Dərd burasındadır. Sənə xalq qiymət verib? Özünü lap “Meqa star” eləmisən, elə bilirsən ki, səndən yoxdu. Mən yazı yazan deyiləm, ya da ki, başqası deyiləm ki, pul verib ağzımı yumdurasan. Pul verib adını Röya ilə hallandırmaq istəyənlər, Röyanın .... ola bilmərsiz. Nə sənətdə, nə də tələbatda”.