Rəşad Dağlının oğlu insanlara MÜRACİƏT ETDİ  - VİDEO
21 noyabr 2022 10:38 (UTC +04:00)

Rəşad Dağlının oğlu insanlara MÜRACİƏT ETDİ - VİDEO

Qonşusunu öldürməkdə təqsirləndirilən meyxanaçı Rəşad Dağlının oğlu Yusif atası ilə bağlı diqqətçəkən bağlı paylaşım edib.

Lent.az xəbər verir ki, Yusif "Instagram" hesabında insanlara videomüraciət edib. O, bildirib ki, atasının adı yazılan köynəklərin satışa çıxarılmasının əleyhinədir:

"Atamı sevənlərə, dəstək olanlara, dua edənlərə çox minnətdaram. Atamla bağlı hər hansı bir addımın atılmasını istəmirik. Çünki həmin hərəkətlər birmənalı qarşılanmır və bizə pis təsir edir. Dua edin yetər. Çox sağ olun". 

Xatırladaq ki, noyabrın 9-u saat 05 radələrində Qaradağ rayonu ərazisində qeydə alınıb. Belə ki, 1984-cü il təvəllüdlü R.Əmirov tanışı, 1979-cu il təvəllüdlü İskəndər Mehtiyevi şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək qətlə yetirib. Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. 

Qeyd edək ki, meyxanaçı Rəşad Dağlı barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Rəşad Dağlının oğlu Yusif insanlara müraciət etdi

# 5565
avatar

Nigar Namiq

Oxşar yazılar