Əməkdar artist Qorxmaz Əlili soyadını dəyişməsindən danışıb.
Lent.az xəbər verir ki, aktyor bu haqda qatıldığı verilişdə danışıb.
O bildirib ki, aparıcılara görə Əlili soyadını Əlilizadə edib:
"Əlili soyadımdan imtina edə bilmərəm. Soyadım brenddir. Əlilizadə etdim. Aparıcılar düzgün demirdilər. Əlli deyirdilər. Dedizdirə bilmirdim ki, Əlili. Ona görə çevirdim Əlilizadə etdim.
Bilirsiniz, nə qədər əsəb keçirirdim? Aparıcıların mənə hörmətsizliyi idi. Bu qədər hörmətsizlik, soyuqqanlılıq olar? Başa düşmürlər ki, özlərini savadsızlıq durumuna salırlar".