Xalq artisti Naibə Allahverdiyeva
10 sentyabr 2021 11:49 (UTC +04:00)

Xalq artisti Naibə Allahverdiyeva

"Qətl, zorakılıq, etibarsızlıq, şantaj..." - Xalq artisti

Xalq artisti Naibə Allahverdiyeva son günlər baş verən qətllərdən bəhs edib.

Lent.az-ın məlumatına görə, aktrisa bildirib ki, bu cür xəbərlər onu depressiyaya salır:

"Dünyamız get-gedə cəhənnəmə dönür, insanlar zombiləşir. Oğru elə qışqırır ki, doğrunun bağrı yarılır. Həyatda çox pozitiv insan olmuşam, baxmayaraq ki, həyatım çətinliklərlə dolu olub. Amma buna "qismətim belədir" deyib, dözmüşəm. Bəlkə də onda dərdimi bölüşəcək insanlar var idi. İndi dünyamızın bu hala gəlməsi məni pərişan edir.

Qətl, zorakılıq, etibarsızlıq, şantaj... Allah biz insanlara mərhəmət bəxş etsin. Etinasızlıq... Həyat eşqim sönür artıq".
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6171
avatar

Yalçın UĞUR

Oxşar yazılar