Avroviziya təmsilçimiz oliqarxla eşq yaşayır
08 iyun 2022 11:45 (UTC +04:00)

Avroviziya təmsilçimiz oliqarxla eşq yaşayır

"Pullu sevgilim var, ər istəmirəm" - "Avroviziya" təmsilçimiz

“Çox varlı sevgilim var. Oliqarxdır, amma kimliyini açıqlamaq istəmirəm. Rusiyalı milyarder Roman Abramoviç səviyyəsində olan bir şəxsdir”. 

Lent.az bizim media-ya istinadən xəbər verir ki, bu sözləri ölkəmizi 2021-ci ildə “Avroviziya” beynəlxalq mahnı yarışmasında təmsil edən müğənni Samirə Əfəndi deyib.  

O, şəxsi həyatı barəsində danışanda etiraf edib ki,varlı iş adamı ilə eşq yaşayır:
“Özəl təyyarə gəldi, məni Milanın “Malpenza” hava limanından götürdü, Avstriyaya uçdum. Səhər getdim, axşam isə qayıtdım. Düzdür, mən şəxsi həyatım barədə danışmağı sevmirəm. Çünki, gözə gəlirəm”. 

Samirə “oliqarx” kimi qələmə verdiyi sevgilisi ilə eşq yaşasa da, onunla ailə qurmaq fikrində olmadığını söyləyib:

“Ailə qurmaq barədə danışmaq çox tezdir. Evlənmək istəmirəm. Bu barədə də düşünmürəm. Çünki evlilik üçün hər iki tərəf tam hazırlıqlı olmalıdır”.

Samirə Əfəndi
 

# 5121
avatar

Nigar Namiq

Oxşar yazılar