Özünü müğənni kimi tanıdıb məşhurları aldatdı
29 mart 2023 12:10 (UTC +04:00)

Özünü müğənni kimi tanıdıb məşhurları aldatdı

Türkiyədə bir şəxs özünü popçu Tan Taşçı kimi qələmə verərək məşhurları aldatmağa çalışıb. 

Lent.az Türkiyə mətbuata istinadən xəbər verir ki, şübhəli şəxs müğənni Gökhan Təpəyə zəng edərək, İrem Dericinin nömrəsini alıb. Daha sonra Dericiyə mesaj yazaraq onunla duet oxumaq istədiyini bildirib. 

Bundan əlavə, Ebru Gündeşin menecerinə zəng edərək müğənni ilə görüşmək istədiyini bildirib. 

Məsələdən şübhələnən tanınmışlar Tan Taşçı ilə əlaqə saxlayaraq hadisəni deyiblər. Məlum olub ki, Tan Taşçı heç kəsə zəng etməyib. 
 
Müğənni Tan Taşçı izləyicilərinə xəbərdarlıq edib. O bildirib ki, sözügedən şəxs profil şəklinə Taşçının şəklini qoyaraq saxta hesabla bir çox insanı aldadıb. 

Hazırda faktla bağlı araşdırılma aparılır. 

 


 

# 1758
avatar

Sevinc Fərid

Oxşar yazılar