Aparıcı Vüsalə Əlizadə mərhum Xalq artisti Muxtar Maniyev barədə danışıb.
Lent.az-ın məlumatına görə, aparıcı “7 canlı” verilişində bildirib ki, Maniyev oynadığı rolları peşəkarcasına canlandırıb:
"Rolu elə canlandırırsan ki, tamaşaçı səni həyatda da o insan kimi görür. Biz uşaqlıqdan belə böyümüşük. Bizim dəyərli aktyorlarımız mənfi rolları o qədər peşəkarcasına ifa ediblər ki... Mən illər sonra Universitetdə oxuyanda dəyərli sənətkarımız Muxtar Maniyevi sevməyə başladım. Amma o, mənfi obrazları elə canlandırmışdı ki, mənim içimdə ona qarşı nifrət var idi".