Namiq Qaraçuxurlu sadə həyatından danışdı - Ulduz deyiləm
04 mart 2024 13:44 (UTC +04:00)

Namiq Qaraçuxurlu sadə həyatından danışdı - Ulduz deyiləm

“Mən “ulduz həyatı” yaşamıram və çalışıram ki, özümü bu həyata öyrəşdirməyim. Çalışıram elə yaşayım ki, sabah bu şan-şöhrət, bu şərait olmayanda mənə pis təsir etməsi. Hərdən ulduzluğun verdiyi fürsətləri dadıram”.

 Lent.az-ın xəbərinə görə, bunu müğənni və meyxanaçı Namiq Qaraçuxurlu qatıldığı teleproqramlardan birində deyib.

O bildirib ki, şəxsi biznesi yoxdur və biznes qurmaq barədə düşünür.

“Müğənnilikdən savayı  işim yoxdur. Öz biznesimi qurmaq haqda düşünürəm. Hərdən ağlıma gəlir ki, 5 -10 ildən sonra bu sənətdən gedim. Amma indidən bunu qəti deyə  bilmərəm”,- deyib.
O sadə həyat yaşadığını bildirib.

“Dostumun məclisində necə ulduzluq edə bilərəm, necə 10 nəfər köməkçiylə gedə bilərəm. Bahalı avtomobilin olmasını ulduz həyatı ilə əlaqələndirmirəm. Bu, Allahın verdiyi bir fürsətdir, dəyərləndiririk. Mənim üçün avtomobil rahatlıq və komfortdur. “Bentley ” avtomobilimi ara-sıra sürürəm. Ürəyim istəyib, bahalı maşın alıb, sürürəm”,- deyib. 
 

# 4338
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar