Nadirdən Rövşanəyə SƏRT CAVAB:  “Lüt gəzmək müasirlik deyil”
27 iyun 2024 17:00 (UTC +04:00)

Nadirdən Rövşanəyə SƏRT CAVAB: “Lüt gəzmək müasirlik deyil”

Müğənni Nadir Qafarzadə aparıcı Rövşanə Ağasəfqızının verilişlərin birində söylədiyi “Ailədə düşüncə azadlığı önəmlidir. Qızım ürəyi istəyəni geyinir, qarışmıram” fikrinə münasibət bildirib.

 Lent.az-ın xəbərinə görə, bununla bağlı müğənni sosial şəbəkədə şərh yazıb.

“Kim öz evində nə edir, necə edir, özü bilər. Belə danışa-danışa Azərbaycanda boşanmayan ailə qoymadınız. Milli dəyərlər getdi, adət-ənənə rəhmətə getdi, əxlaq, namus gora getdi.

Siz müasir olun, camaata dəyməyin. Qoyun, normal Azərbaycan ailələri öz bildikləri kimi yaşasınlar. Açıq-saçıq və lüt gəzmək müasirlik deyil, bunu unutmayın. Müasirlik başqa şeydir, onu hər adam anlamaz. Bu qədər!”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 9183
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar