“Mükafatı pulla aldınız” - Nadir Qafarzadədən CİDDİ İDDİA
11 dekabr 2024 11:06 (UTC +04:00)

“Mükafatı pulla aldınız” - Nadir Qafarzadədən CİDDİ İDDİA

“Adını da qoydular ki, mükafat verdilər. Vermədilər, pulla aldınız. Bəsdirin hər şeyi pulla aldınız. Siz kimə lazımısınız? Heç yerdə, heç kimə lazım deyilik. Bəlkə də nə vaxtsa lazım olacağıq. İstanbula gedirik, bizi güclə tanıyırlar. Bir az özünüzə gəlin. Çox gülməli görünürsünüz".

Lent.az xəbər verir ki, bu fikirləri Əməkdar artist Nadir Qafarzadə öz sosial şəbəkə hesabında paylaşıb.

Müğənni "Altın Kelebek" mükafatlandırma gecəsinə qatılan azərbaycanlı tanınmışları tənqid atəşinə tutub.

"Bir neçə gün əvvəl Moskvada olarkən mənə zəng gəldi. Türkiyə ilə əlaqəsi olan bir xanım təşkilatçı idi. Dedi ki, məni Türkiyəyə mükafat almağa göndərmək istəyir. Cavab verdim ki, ağır yerimi niyə yüngül edim ki? Orada məni kim tanıyır, kimə lazımam? Nə deyib mükafat alacağam? Biz orada kimə lazımıq? Vallah ayıbdır. Nə var desinlər ki, Türkiyədə mükafat alıb. Guya böyük iş oldu. Yenə ev versələr, yaxşı qonorar versələr razılşamaq olar. O mükafatı da pul verib alırsan. Düzdür mənə pul təklif olunmadı. Amma insanda vicdan yaxşı şeydir. Mən nə etdim ki, Türkiyədə mənə mükafat verdilər? Adını da qoydular ki, mükafat verdilər. Vermədilər, pulla aldınız”.

Bu il "Azərbaycanın parlayan ulduzu" nominasiyasını aktrisa Dəniz Tacəddin, aparıcı Fəridə Abdulla, müğənni Rilaya Hüseynzadə olub. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2949
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar